Hazırda yeni partiya yaratmaq üçün çalışan Türkiyənin sabiq baş naziri müxtəlif çevrələrdə xəyanətdə ittiham olunur. Davudoğlu Ədalət və İnkişaf Partiyasını yaradanlardandır, amma hazırda partiyanın videotekasında onun təsvirləri təmizlənir. Davudoğlu ona qarşı kampaniya durdurulmayacağı təqdirdə qarşı tərəfin sirlərini açacağını bildirib.