0
Monday 2 September 2019 - 15:29

Beynəlxalq Qızıl Xaç: “Səudiyyə rejiminin Yəməndə vurduğu həbsxanada 100-dən çox adam ölüb”

Story Code : 814074
Beynəlxalq Qızıl Xaç: “Səudiyyə rejiminin Yəməndə vurduğu həbsxanada 100-dən çox adam ölüb”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam bundan əvvəl Twitter-dən verdiyi açıqlamasında belə demişdi: “Koalisiya yeni hicri ilini Zomarda məhbusları hədəfə alan dəhşətli qətliamla başladı. Hücumlarda ilkin məlumatlara görə 50-dən çox adam ölüb, 100 nəfər yaralanıb”.
 
Yəmənin Məhkum İşləri Milli Komitəsinin rəhbəri Əbdülqadir Əl-Murtəza isə Facebook-dan verdiyi açıqlamasında, koalisiya təyyarələrinin Zomardakı həbsxananı hədəfə aldığını bildirərək, xilasetmə qruplarının hücumların intensivliyi səbəbindən bölgəyə gələ bilmədiyini qeyd edib.
 
Şahidlərin sözlərinə görə, hücumlarda yaralananların əksəriyyəti Ənsarullaha aid maşın və ambulanslarla xəstəxanalara aparılıb, ancaq həbsxanada saxlanılanlardan bir qismi hələ də binanın altında qalmaqdadır.
 
Ənsarullah hadisə ilə bağlı Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ittiham edərək, beynəlxalq və yerli təşkilatları hadisəni yaxından təqib etməyə çağırıb.
 
Source : Deyerler
Comment