QR CodeQR Code

Həriri imanla küfr arasında!

IslamTimes , 5 Sep 2019 12:12

İslamTimes: Livanın baş naziri kimə işləyir?


Livanın hazırki baş naziri Həriri bir zaman Riyazda oturub Ərəbistanın diktəsi ilə istefasını elan etdi. Ərəbistan bununla Livandakı siyasi böhranı gücləndirmək və imtiyaz almaq istəyirdi. Sonradan pərdəarxası razılaşmalarla Həriri istefasını geri götürdü.
Bu gün dünya ABŞ-İsrail-Ərəbistan klubunun Müqavimət cəbhəsi ilə dartışmasını izləyir. Hizbullah terror cəbhəsinin 1 nömrəli düşməni kimi İraqda, Suriyada, Fələstində öz işini görür. İsrailin Livana dron hücumuna hərbi maşını vurmaqla cavab verən Hizbullah bu dəfə Həririnin hücumuna məruz qalıb. Sifariş hardan gəlib?  Həriri Hizbullahı gərginliyi artırmaqda təqsirləndirir. Sanki Fələstini Hizbullah işğal edib, sanki İŞİD və sair terror şəbəkələrini Hizbullah yaradıb, sanki Yəmənə və sonda Livana Hizbullah hücum edib!
 


Story Code: 814610

News Link :
https://www.islamtimes.org/az/news/814610/həriri-imanla-küfr-arasında

Islam Times
  https://www.islamtimes.org