0
Saturday 7 September 2019 - 17:45

Livan prezidenti: “İsrail rejiminin ölkəmizə qarşı istənilən hücumuna cavab veriləcək”

Story Code : 815054
Livan prezidenti: “İsrail rejiminin ölkəmizə qarşı istənilən hücumuna cavab veriləcək”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Livan prezidentinin administrasiyasından verilən yazılı açıqlamaya görə, Aun BMT-nin Livan üzrə xüsusi koordinatoru Yan Kubisi paytaxt Beyrutdakı Baabda prezident sarayında qəbul edib.
 
Ölkənin cənubundakı sərhəd xəttində keçən həftə Hizbullah ilə İsrail rejimi arasında yaşanan gərginliyin müzakirə olunduğu görüşdə, Aun belə danışıb: “Livanın suverenliyinə və ərazi bütövlüyünə qarşı ehtimal edilən istənilən bir təcavüzə, özünü müdafiə haqqı ilə qarşılıq veriləcək və nəticələrinə görə də İsrail rejimi məsuliyyət daşıyacaq”.
 
Paytaxt Beyrutun cənub bölgəsinə 25 avqustda düşən pilotsuz uçuş aparatlarını (PUA) təcavüz kimi qiymətləndirən Aun, İsrail rejiminin sözügedən hücumla BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarına zidd davrandığını qeyd edib.
 
BMT-nin Livan üzrə xüsusi koordinatoru Yan Kubis də ölkənin cənub sərhədində xidmət edən Livan ordusunun, siyasi rəhbərlik və Ali Müdafiə Şurasının qərarları çərçivəsində vəzifəsini tam yerinə yetirdiyini vurğulayıb.
 
Source : Deyerler
Comment