QR CodeQR Code

Dünya mediası Kazan görüşünü tənqid etdi

islamtimes , 27 Jun 2011 23:52

Translator :

İslamtimes - Hər iki lider xalqın böyük təziqi altında olduqları üçün qarşılıqlı razıaşmaya gələ bilmirlər .


islamtimes.org/az/ - Dünyanın öndə gedən media vasitələri Dağlıq Qarabağ problemində razılaşmanın təmin edilmədiyini bildirərək iyunun 24-də Kazanda keçirilən Ermənistan və Azərbaycan dövlət başçılarının Dağlıq Qarabağ mövzusunda görüşlərini şərh ediblər.

Beynəlxalq media üç saatdan çox bir müddət ərzində davam edən zirvəyə baxmayaraq görüşün nəticəsiz alındığını yazıblar.

″Kazan görüşü bir sıra məsələdə razılığa gəlmək üçün iki ölkə üçün ən mühüm fürsət olaraq müşahidə edilməkdə idi. Bir çox diplomat və politoloqların qənaətinə görə, müharibənin təkrar başlamasına maneə olmaqda idi″ deyə ″The Wall Street Journal″ yazmışdır.

″Associated Press″də nəşr olunan məqalədə isə ″Hər iki lider xalqın böyük təziqi altında olduqları üçün qarşılıqlı razıaşmaya gələ bilmirlər” kimi qiymətləndirmişlər.

Mətbu orqanlar ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozinin də tərəflərə razılaşma çağırışı etdiklərini xatırladıblar.

The Vaşinqton Post ″Son zamanlarda hər bir tərəf digər tərəfə qarşı təhdidlər etməkdə gündəmdədirlər. Xüsusilə bölgənin Gürcüstan, İran və Xəzər dənizi neft qaynaqlarına yaxınlığı diqqətə alındığında bu bölgədə hərbi əməliyyatların yenidən başlamasını istəməyən Rusiya, ABŞ və Fransa iki tərəf arasında narahatlıq yaratmaq istəmirlər ″ deyə qeyd edir.

Qəzet ″Medvedev'in inisiyatifi″nin tədricən tükənməkdə olduğunu qəbul edən Qafqaz üzrə mütəxəssis Tomas da Waalın sözlərinə istinad edərək “Səhv atılan addımların nəticəsi olaraq döyüş istisna olunmaya bilər” sözləri ilə mövzunu yekunlaşdırmışdır.


Story Code: 81522

News Link :
https://www.islamtimes.org/az/news/81522/dünya-mediası-kazan-görüşünü-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org