QR CodeQR Code

Orduda qətl

28 Jun 2011 09:28

IslamTimes - Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər yoldaşını öldürüb.


Bu barədə APA-ya Bakı şəhərinin Sabunçu Rayon Hərbi Komissarlığından məlumat verilib. Hadisə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Məmməd Əsəd oğlu Qurbanov döyüş növbəsində olarkən xidməti silahından atəş açıb. Nəticədə Bakının Sabunçu Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Şirxan Akif oğlu İsgəndərov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.


Story Code: 81589

News Link :
https://www.islamtimes.org/az/news/81589/orduda-qətl

Islam Times
  https://www.islamtimes.org