QR CodeQR Code

İmran Xan: “Biz ABŞ-ın Əfqanıstanda məğlubiyyətinə məsuliyyət daşımırıq”

Deyerler , 14 Sep 2019 13:53

İslamtimes - Pakistanda terrorçulara qarşı aparılan mübarizədə ABŞ-la birgə əməkdaşlıq ölkəyə böyük ziyan vurmuşdur.



"Deyerler.org"un Parstoday.com-a istinadən verdiyi xəbərə görə, Pakistanın baş naziri Rusiya telekanalına verdiyi müsahibəsində, ABŞ-ın maliyyələşdirərək rəhbərlik etdiyi hərbi qüvvələrin, terrora qarşı mübarizəyə qoşulduqdan sonra, ölkəyə daha çox ziyan dəymişdir. Bu qüvvələr Sovet İttifaqına qarşı vuruşmaq üçün 1980-ci illərdə İslamabadda təlim keçmişdir.
 
Onun sözlərinə görə, Pakistan ABŞ-la müharibəyə qoşularaq 70 min hərbçisini və dinc sakinini itirmişdir, həmçinin ölkəyə 100 milyard dəyərində ziyan dəymişdir. Lakin buna baxmayaraq, ABŞ, Əfqanıstanda uğursuzluğuna görə Pakistanı qınayır.
 
11 sentyabr hadisələrindən on səkkiz il keçir və bu hadisənin ağır nəticələri, xüsusən İslamabadın Vaşinqtonla, beynəlxalq hərbi qüvvələr və NATO ilə əlaqəsi, eyni zamanda bu Qərb ölkələrinin təcavüzkar siyasəti Pakistanda təhlükəsizliyin aradan getməsinə səbəb olmuşdur.
 
ABŞ-ın rəhbərliyi altında xarici qüvvələrin iştirakı və Əfqanıstanda bir çox hərbi qrupların Pakistan ərazisinə qaçmasına səbəb olması, sonda Pakistanda təhlükəsizliyin aradan getməsi ilə nəticələnmişdir.
 


Story Code: 816329

News Link :
https://www.islamtimes.org/az/news/816329/imran-xan-biz-abş-ın-əfqanıstanda-məğlubiyyətinə-məsuliyyət-daşımırıq

Islam Times
  https://www.islamtimes.org