0
Tuesday 17 September 2019 - 17:19

BMT: Myanma hakimiyyəti müsəlmanlara qarşı zorakılıqları davam etdirir

Story Code : 816716
BMT: Myanma hakimiyyəti müsəlmanlara qarşı zorakılıqları davam etdirir
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, BMT-dən verilən açıqlamaya görə, Myanma hakimiyyətinin Rohingya müsəlmanlarına qarşı etdiyi zorakılıq hərəkətlərinə dair yeni dəlillər ortaya çıxıb.
 
BMT, Myanma hökumətinin Arakandakı müsəlmanlara qarşı "qeyri-insani hərəkətlər və zorakılıqlar" etməyə davam etdiyinə dair nəticəyə gəlib.
 
Yeni hesabata görə, 600 min Arakanlı hələ də Myanmada daha pis şərtlərdə soyqırım təhlükəsi altındadır. 
 
 
Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb.
 
Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb.
 
Bölgədəki humanitar vəziyyət kəskin şəkildə pisləşib. 1970-ci illərdən bəri Myanmada Rohingya müsəlmanları mütəmadi hücumlara və etnik təmizlənməyə məruz qalır.
 
İki milyona çatan Myanma müsəlmanlarının 80 faizi qonşu ölkələrə sığınıb.
Source : Maide
Tagged
myanma
Comment