QR CodeQR Code

Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu

Eastnews , 23 Sep 2019 16:11

İslamtimes - Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.



Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub. 
"Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib. 
 Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib.
 


Story Code: 817871

News Link :
https://www.islamtimes.org/az/news/817871/koalisiya-təyyarələrindən-yəməndə-məscidə-hava-hücumu

Islam Times
  https://www.islamtimes.org