0
Wednesday 29 June 2011 - 09:06

"Azadlıq karvanı-2" Qəzzaya yola düşməyə hazırlaşır

Story Code : 81792
"Azadlıq karvanı-2" Qəzzaya yola düşməyə hazırlaşır
"Azadlıq karvanı-2" Qəzzaya yola düşməyə hazırlaşır
İşğalşı İsrail rejimi blokadada saxladığı Qəzza zolağına növbəti yardım karvanı artıq yola düşməyə hazırdır. Məlumata görə, karvanda 10 gəmi olacaq. Bunlardan ikisi yük gəmisidir. Həmin gəmilərdə Qəzzaya humanitar yardım daşınacaq. Digərləri isə sərnişin gəmiləridir.

Türkiyənin Humanitar Yardım Fondunun sözçüsü Serkan Nergisin ANS-ə verdiyi xəbərə görə, bu karvana Türkiyənin “Mavi Mərmərə” gəmisi daxil deyil.

Serkan Nergisin sözlərinə görə, bunlar Türkiyə könüllüləri olacaq: “Onlar təqribən 8-10 nəfərdir. Ən çox gəmilərdə 20 nəfər könüllü olacaq. Türkiyədən gəmi qatılmayacaq. “Mavi Mərmərə” gəmisində texniki problemlər olduğundan icazə ala bilmədik. Açığı, texniki problemləri aradan qaldıra bilmədik. Bu səbəbdən müddəti uzatmaq istəmədik”.
Comment