0
Wednesday 29 June 2011 - 09:41

Bakıda silahlı insident

Story Code : 81799
Bakıda silahlı insident
Bakıda silahlı insident
Azərbaycan paytaxtında silahlı insident baş verib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında 1-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən “Arzular” kafesində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Ələkbərov döş qəfəsindən güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Hadisə yeri müayinə olunub, ərazidən bir neçə giliz götürülüb. Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini, 1983-ü il təvəllüdlü İlqar Əbdürrəhmanov tərəfindən törədildiyi məlum olub. Hazırda polis həmin şəxsin tutulası istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Polisdən, həmçinin bildirilib ki, hadisəni törədən İ. Əbdürrəhmanov Bakıdakı hərbi şəhərciklərdən birində yaşayır. Məhz buna görə də onun hərbçi olduğu ehtimal olunur.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivi araşdırılır.
Comment