0
Wednesday 29 June 2011 - 17:42

Bu addm İsraili qəzəbləndirəcəkmi?

Story Code : 81899
Bu addm İsraili qəzəbləndirəcəkmi?
Bu addm İsraili qəzəbləndirəcəkmi?
APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbas da iştirak edib. Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.

M. Abbas səfirliyin əməkdaşları ilə görüşüb. Səfirlikdə yaradılmış şəraitlə tanış olan ali qonağa məlumat verilib ki, diplomatik nümayəndəlik beş inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Səfirlikdə ümumilikdə yeddi əməkdaş çalışır və onlar üçün lazımi iş şəraiti yaradılıb.

Baş nazirin müavini Elçin Əfəndiyev Fələstinin Azərbaycanda səfirliyinin açılmasını xalqlar arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacağını bildirib. E. Əfəndiyev vurğulayıb ki, dövlətlər arasında münasibətlərin indiki mərhələsi ikitərəfli əlaqələrin inkişafı üçün lazımi imkanlar yaradır: “Azərbaycanla Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır”.
Comment