QR CodeQR Code

Əl-Əxbar: Ərəbistan ABŞ-a İranda çevriliş təklif edib

IslamTimes , 1 Oct 2019 16:56

İslamTimes: Bin Salman peşman olub, sülhdən danışır


Livanın Əl-Əxbar qəzeti Riyazın Vaşinqtona İranda çevriliş təklif etməsi və iki ölkə arasında strateji əməkdaşlıq razılaşması imzalandığını xəbər verir. Razılaşmada nəzərdə tutulub ki, 3 il ərzində İranda böhran yaratmaqla İslam Respublikası devrilsin. Amma tanker qalmaqalı, Aramko hadisəsi Bin Salmanın Amerikaya olan bütün ümidlərini qırıb. Qaynar ocağı İran ərazisinə keçirməkdən danışan Ərəbistan indi sülhdən, İranla müzakirələrdən danışır.
Vaşinqton-Riyaz razılaşmasına əsasən 6 istiqamətdə iş aparılmalı imiş:
-terrorla mübarizə
-rejionda İranın siyasətləri ilə mübarizə
-Fələstinlə İsrail arasında sülh yaradılması
-Regiondakı problemlərin müştərək həll yollarının tapılması
-hərbi əməkdaşlığın genişləndrilməsi
-enerji sahəsində əməkdaşlıq, investisiya yatırımı
 


Story Code: 819476

News Link :
https://www.islamtimes.org/az/news/819476/əl-əxbar-ərəbistan-abş-a-iranda-çevriliş-təklif-edib

Islam Times
  https://www.islamtimes.org