QR CodeQR Code

Ayətullah Xamenei: ABŞ-ın maksimum təzyiq siyasəti uğursuz oldu!

IslamTimes , 2 Oct 2019 16:46

İslamTimes: İran nüvə öhdəçiliklərinin ləğvini davam etdirəcək


İnqilab Rəhbəri Ayətullah Xamenei bu gün səhər İslam İnqilab Keşikçiləri Korpusunun komandanları, zabit heyəti ilə görüş keçirib. Ayətullah Xamenei buyurub: Düşünürəm ki, Sepah bundan çox yüksək irəliləyiş əldə edə bilər. ABŞ çox çalışdı ki, avropalı dostlarının köməyi ilə İran prezidenti ilə görüşsün və İranın məğlub olması təsəvvürünü yaratsın. Amma İran tam ciddi şəkildə nüvə öhdəçiliklərinin ləğvini davam etdirəcək… Bir qurum haqqında mühakimə yürütmək üçün onun müvəffəqiyyət və uğursuluqlarını müqayisə etmək lazımdır. Bu mühüm və əsas meyarla götürsək, Sepah İranın qürur yaradan qurumudur… Sepahın xidmət, ictimai fəaliiyət sahəsində işlər məcmuəsi heç bir başqa qurumla müqayisəyə gəlməz… Sepahın regionda müqavimət cəbhəsində mövqeyi və rolu bu qurumu dəyərləndirmək üçün başqa bir meyardır… Sepahdan 100 faiz razıyam. Amma əldə olunmuş uğurları kifayət saymıram. Əqidəm budur ki, Sepah öz imkan və bacarıqları sayəsində   on, hətta yüz qat inkişaf edə bilər…
 


Story Code: 819677

News Link :
https://www.islamtimes.org/az/news/819677/ayətullah-xamenei-abş-ın-maksimum-təzyiq-siyasəti-uğursuz-oldu

Islam Times
  https://www.islamtimes.org