0
Saturday 5 October 2019 - 16:46

Haaretz: Ərəbistan zəifliyini etiraf edib Tehranla müzakirəyə gedir

Story Code : 820298
Haaretz: Ərəbistan zəifliyini etiraf edib Tehranla müzakirəyə gedir
İşğalçı sionist rejimin Haaretz qəzeti Səudiyyə Ərəbistanının Yəmən qarşısında öz zəifliyini etiraf edib İrala danışıqlara getdiyini xəbər verir: Əgər Ali-Səud rejimi, vəliəhd Məhəmməd bin Salman məğlubiyyət serialını tamamlamaq istəyirsə, İranla müzakirələrə başlamalıdır. İraq baş naziri Adil Əbdülmehdinin Ərəbistana səfəri Aramkoya hücumdan cəmi on gün sonra baş tutdu. Ekspertlər bu səfərin həmin hücumla bağlı olduğunu istisna etmir. İraqdakı son aksiyaları İranın nüfuzuna zərbə vurmaq üçün münasib fürsət sayan Ərəbistan iğtişaşlara dəstək də verib. İraq hadisələri anlaşma ilə sona yetəcəyi halda Ərəbistanın daha bir maskası yırtılacaq. Ərəbistanın İrandan çəkinməsi göz qarşısındadır. ABŞ dronu vurulan zaman təbliğat xatirinə də olsa İran hədələdi. Aramko hadisələrində İranı iştirakçı sayan Riyazın isə Tehranı təhdid etməyə cürəti çatmadı.
 
Source : IslamTimes
Tagged
haaretz