0
Sunday 6 October 2019 - 13:02

Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə

Story Code : 820460
Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə

Tehranın bu həfətki İmam cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İmam cümə çıxışında İraqdakı olaylar, o cümlədən yaxınlaşan Ərbəin mərasimindən danışıb.
"Düşmənlər Hüseyn(ə) Ərbəini yürüşü üçün problem yaratmağa çalışırlar, amma bu yürüş öncəki illərdən daha şövqlü keçiriləcək.", -deyə İmam cümə deyib.
Ayətullah Kaşani bildirib ki,  dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın bayrağı zülmlə mübarizə bayrağıdır. 
"Amerika və sionist rejim fitnəkarlıqla həqiqəti gizlətməyə çalışırlar.", -deyə İmam cümə əlavə edib.
İmam cümə həmçinin məzlum Yəmən xalqının təcavüzkarlar üzərindəki qələbələrindən də danışıb.
O bildirib ki, Yəmən xalqının qələbələri ali-səud rejimini və onun himayədarlarını biabır edib.
 
Source : Islamazeri
Tagged
ərbəin
Comment