QR CodeQR Code

Devrilmiş diktator övladları  “ata malının” dalınca!!

IslamTimes , 6 Oct 2019 17:02

İslamTimes: İraqda son iğtişaşları qızışdıranlardan biri Səddamın qızı olub


Diktatorlar devrilir, qovulur, amma onların övladları ölənə qədər ölkəni və xalqı ata malı kimi özününkü sayıb, taxt-tac tələb edir. Rəğəd Səddam da belələrindəndir. İraqda cinayətkar Bəəs rejiminin tör-töküntüləri qalır və onlar Səddamın qızını lider kimi görür. Sosial problemlərə görə narazı xalq da belələrinin əlində oyuncaq olur. Son İraq hadisələri məhz belə oldu. Sosial problemlərin həllini tələb edənlər Amerika, Ali-Səud rejimi, Bəəsçilər tərəfindən azdırıldı, iğtişaşlara sürükləndi. Hadisələri qızışdıran, ölkəni qarışdırmağa çalışanlardan biri də Səddamın qızı Rəğəd idi. Rəğəd öz eqoist mənafeləri yolunda hətta İŞİD-ı vasitə görür, İŞİD-a təşəkkür edir. Bütün təxribatlara baxmayaraq İraqda sabitlik bərpa olur. Ölkəyə Ərbəin ziyarəti fəzası hakimdir.
 


Story Code: 820482

News Link :
https://www.islamtimes.org/az/news/820482/devrilmiş-diktator-övladları-ata-malının-dalınca

Islam Times
  https://www.islamtimes.org