QR CodeQR Code

General Salami: ABŞ-ın İrana qarşı “miz üstəki” seçimləri azalıb!

IslamTimes , 10 Oct 2019 15:38

İslamTimes: Amerikalılar etiraf edir...


İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Salami məhrum məntəqələrdə quruculuq layihələrinin açılışı haşiyəsində Ərdəbil ustanında sərhəd mühafizə dəstələrində olub. Ərdəbilin imam-cüməsi Ayətullah Amili ilə görüşən Salami ABŞ-ın puç hərbə-zorbalarından, hazırda çıxılmaz vəziyyətə düşməsindən danışıb. Sepah komandanı deyib: ABŞ İslam İnqilabı ilə qarşıdurmada daim məğlub olub. Amerika ilk məğlubiyyəti çevriliş cəhdində daddı. İkinci məğlubiyyət ABŞ səfirliyinin tutulması idi. Sonra Təbəs məğlubiyyəti gəldi... Axır bu nəticəyə gəldilər ki, boşuna pul xərcləyirlər. Hazırda İslam Respublikası elə güclənib ki, haraya ayaq qoyursa, düşmən geri çəkilir. Bir zaman İrana qarşı seçimlərdən, o cümlədən hərbi müdaxilə seçimindən danışan Amerikanın seçimləri azalıb.
 


Story Code: 821284

News Link :
https://www.islamtimes.org/az/news/821284/general-salami-abş-ın-irana-qarşı-miz-üstəki-seçimləri-azalıb

Islam Times
  https://www.islamtimes.org