QR CodeQR Code

Ərəb başçıları Türkiyəyə qarşı mövqeyini dəyişib

IslamTimes , 10 Oct 2019 15:52

İslamTimes: Ərəb başçılarının mənafelərə uyğun dəyişən mövqeyi


Türkiyə Suriyanın şimalına hərbi qüvvə yeridəndən sonra bir araya gələn ərəb başçıları Türkiyəni bu addımına görə ittiham edib. Təkcə Qətərin mövqeyi fərqlidir. Əgər Ərəbistan, Əmirlik, Bəhreyn, Misir, başqa diktator ərəblər dünənə qədər Türkiyə ilə çiyin-çiyinə Bəşar Əsədə qarşı birləşmişdisə, bu gün Ərdoğana qarşı əl-ələ verib. ABŞ-ın xəyanətlərini addımbaşı dadan ərəblər Türkiyənin ABŞ-la razılaşdırılmış əməliyyatına qarşı çıxır. Türkiyənin hərbi müdaxiləsinin ilk saatlarında 8 mülki suriyalı həlak olub. Türkiyənin Suriyaya hücumuna heç bir halda bəraət qazandırmaq olmaz, amma ərəb başçılarının etirazı beynəlxlaq qanunlar yox, şəxsi mənafelərə əsaslanır.
 


Story Code: 821289

News Link :
https://www.islamtimes.org/az/news/821289/ərəb-başçıları-türkiyəyə-qarşı-mövqeyini-dəyişib

Islam Times
  https://www.islamtimes.org