QR CodeQR Code

Moskva: Suriya hökuməti Mənbici tam nəzarətə götürüb

IslamTimes , 15 Oct 2019 15:59

İslamTimes: Rusiya Müdafiə Nazirliyi açıqlama verib


Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Suriya Ordusu Mənbic şəhərini tam nəzarətə götürüb. Rusiyanın İnterfaks xəbər agentliyi bildirib ki, Rusiya Ordusu Mənbic məntəqəsində yerləşib və Suriya-Türkiyə sərhədində vəziyyətə nəzarət edir. Eyni zamanda ABŞ hərbi qüvvələrinin bu ərazidən İraqa doğru hərəkət etdiyi bildirilir. Amerikanın məntəqəni tərk etməsini xəyanət kimi dəyərləndirən kürdlər Suriya hökumətindən rəsmən kömək istəyib. Rəsmi Dəməşq və kürdlər arasında razılaşmaya əsasən Suriya Ordusu məntəqəni nəzarətə götürməklə məşğuldur.
 


Story Code: 822199

News Link :
https://www.islamtimes.org/az/news/822199/moskva-suriya-hökuməti-mənbici-tam-nəzarətə-götürüb

Islam Times
  https://www.islamtimes.org