Sionist rejimin baş naziri Benyamin Netanyahunun hökuməti formalaşdırmaq cəhdləri boşa çıxdı və Bibi bu işi öz rəqibi Benni Hantsa tapşırdı. 2019-cu il seçkiləri Netanyahunun siyasi ölümünü imzaladı. Kifayət qədər rəy qazana bilməyən Netanyahu koalisiya hökuməti yaratmaqda da aciz oldu. Əgər Benni Hants 28gün ərzində kabineti formalaşdıra bilməsə, top təkrar Netanyahunun meydanına qayıdacaq.