QR CodeQR Code

Goranboy İcra Hakimiyyətinə silahlı basqın olub

1 Jul 2011 23:55

IslamTimes - Keçmiş polis əməkdaşı özünə məxsus qoşalülə ov tüfəngi ilə rayon Polis Şöbəsinin rəisini hədələyib.


Bu gün Goranboy rayon İcra Hakimiyyətində insident baş verib. APA-nın məlumatına görə, Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 45 yaşlı Qasımov Rəhman Allahverdi oğlu özünə məxsus qoşalülə ov tüfəngi ilə Goranboy rayon icra hakimiyyətinə basqın edib.

İddia edilir ki, hadisəyə səbəb Rəhman Qasımovun Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəməsi olub. Xəstə olduğunu əsas gətirərək maddi kömək istəyən Qasımova hər hansı bir kömək etmək imkanının olmadığı bildirildikdə, o evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy icra hakimiyyətinə gəlib. İcra hakimiyyətinin əməkdaşları onu sakitləşdirməyə çalışdıqları vaxt hadisə yerinə gələn Məhəmməd Məmmədovu görən Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin Qasımov tərksilah olunub və polis əməkdaşları tərəfindən həbs edilib.


Story Code: 82348

News Link :
https://www.islamtimes.org/az/news/82348/goranboy-icra-hakimiyyətinə-silahlı-basqın-olub

Islam Times
  https://www.islamtimes.org