0
Saturday 26 October 2019 - 07:37

Livan həssas durumdadır!

Story Code : 823999
Livan həssas durumdadır!
ABŞ, İsrail, Ərəbistan, Əmirlik klubu bütün diqqətini İraq və Livan üzərində cəmləşdirib. Şər klubu dünya imperializmi və beynəlxalq sionizmə qarşı əsas müqavimət dayaqları olan bu iki ölkədə sabitliyi pozmaq üçün  əlindən gələni edir. Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah ölkədəki vəziyyətə münasibət bildirib. Hizbullah lideri deyib: Livan həssas durumdadır. Hər kəs məsuliyyətlə və sakit danışmalıdır. Biz hökumətin istefasına və vaxtından qabaq seçkilərə qarşıyıq. Xalqın etirazı sosial problemlərlə bağlıdır və tayfa maraqlarının fövqündədir. Aksiyalara hörmətlə yanaşıram. Amma biz aksiyalara qatılmırıq. Bu addım Hizbullahın missiyasını məhdudlaşdıra bilər, ona regional mahiyyət verər. Həm də Hizbullah aksiyalara qatılsa, tələblər reallaşmamış meydanı tərk etməyəcək.
 
Source : IslamTimes
Tagged
hizbullah