QR CodeQR Code

Livan həssas durumdadır!

IslamTimes , 26 Oct 2019 07:37

İslamTimes: Hizbullah Livan hökumətinin istefasına qarşıdır


ABŞ, İsrail, Ərəbistan, Əmirlik klubu bütün diqqətini İraq və Livan üzərində cəmləşdirib. Şər klubu dünya imperializmi və beynəlxalq sionizmə qarşı əsas müqavimət dayaqları olan bu iki ölkədə sabitliyi pozmaq üçün  əlindən gələni edir. Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah ölkədəki vəziyyətə münasibət bildirib. Hizbullah lideri deyib: Livan həssas durumdadır. Hər kəs məsuliyyətlə və sakit danışmalıdır. Biz hökumətin istefasına və vaxtından qabaq seçkilərə qarşıyıq. Xalqın etirazı sosial problemlərlə bağlıdır və tayfa maraqlarının fövqündədir. Aksiyalara hörmətlə yanaşıram. Amma biz aksiyalara qatılmırıq. Bu addım Hizbullahın missiyasını məhdudlaşdıra bilər, ona regional mahiyyət verər. Həm də Hizbullah aksiyalara qatılsa, tələblər reallaşmamış meydanı tərk etməyəcək.
 


Story Code: 823999

News Link :
https://www.islamtimes.org/az/news/823999/livan-həssas-durumdadır

Islam Times
  https://www.islamtimes.org