QR CodeQR Code

Türkiyənin Bağdad və Dəməşqdən icazəsiz hərbi əməliyyatları nə vəd edir?

IslamTimes , 27 Oct 2019 16:36

İslamTimes: Ankarının İraq və Suriyada əməliyyatları hərbi müdaxilədir


Suriyanın şimalında rəsmi Dəməşqdən icazəsiz kürd silahlılara qarşı əməliyyat aparan Türkiyə İraq üzərində uçuşları da dayandırmayıb. Bu gün Ankara Pəncə-3 adlandırdığı hava hücumu əməliyyatı zamanı İraqın şimalında PKK terror şəbəkəsinin mövqelərinə zərbə endirib. Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, əməliyyat zamanı 3 terrorçu öldürülüb. İraq Xarici İşlər Nazirliyi Türkiyə səfiri Fateh Yıldızı dəvət edərək rəsmi Bağdadın etirazını bildirib. Qonşularla bu şəkildə davranmaq Ankaraya nə edir? Adətən bunun acısı ağır günlərdə dadılır. Bir gün Türkiyə təkrar çevriliş cəhdi yaşayarsa, təbii ki, bugünkü hərbi müdaxilələrin cavabını alacaq.  
 


Story Code: 824237

News Link :
https://www.islamtimes.org/az/news/824237/türkiyənin-bağdad-və-dəməşqdən-icazəsiz-hərbi-əməliyyatları-nə-vəd-edir

Islam Times
  https://www.islamtimes.org