0
Monday 28 October 2019 - 16:26

Çində əfqan-əfqan görüşü

Story Code : 824369
Çində əfqan-əfqan görüşü
Bu gün Talibanın nümayəndə heyəti əfqan-əfqan formatında müzakirələr üçün Çinə gəlib. Məqsəd Əfqanıstanda sabitliyə nail olmaq, mövcud şəraiti müzakirə etməkdir. Taliban bu vaxta qədər müzakirə tərəfi kimi tanımadığı Əfqanıstan hökuməti ilə müzakirə aparacaq. İlk addımda 18 ildir davam edən qarşıdurmaya sonqoyub atəşkəsə nail olmaq nəzərdə tutulur. Talibanın sözçüsü Süheyl Şahin deyib ki, Çin bu görüşə vasitəçilik edir. Bu görüşdə atəşkəs razılığı əldə edilərsə, bu uğur həm də Çinin uğuru sayılacaq.
 
Source : IslamTimes
Tagged
çin