0
Saturday 2 July 2011 - 17:46

ABŞ-ın ağlasığmaz cinayətləri

Story Code : 82469
ABŞ-ın ağlasığmaz cinayətləri
ABŞ-ın ağlasığmaz cinayətləri
ABŞ-ın 2001-ci ilin 11 sentyabrında baş verən müəmmalı terror aktından sonra iştirak etdiyi hərbi münaqişələrdə minimum 225 min insan həlak olub, ən azı 3,7 trilyon dollar vəsait xərclənib. APA-nın xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu barədə Braun Universitetinin araşdırmasında bildirilir.

Neta Krouford (Neta Crawford) və Ketrin Lutsun (Catherine Lutz) rəhbərliyi altında tədqiqatçılar İraq, Əfqanıstan və Pakistanda antiterror əməliyyatlarını öyrəniblər.

Araşdırmada göstərilir ki, ən ehtiyatlı hesablamalara görə, 225 min insan bu müharibələrin qurbanı olub, 365 min nəfər yaralanıb. Münaqişələrdən daha çox mülki vətəndaşlar ziyan çəkib. Müharibələrdə ölən mülki vətəndaşların sayı 172 min nəfərdir. Bunun 125 min nəfəri iraqlılar, 56 min nəfəri pakistanlılar, 12 min nəfəri isə əfqanıstanlılardır.

ABŞ bu müharibələrdə 6 min hərbçisi həlak olub. Onun müttəfiqləri 1,2 min, İraq 9,9 min, Pakistan 3,5 min, Əfqanıstan isə 8,8 min hərbçisini itirib. Özəl mühafizə şirkətlərinin isə 2,3 min əməkdaşı bu münaqişələrdə həlak olub.

2001-ci ildən ABŞ-ın iştirakı ilə baş verən müharibələrdə 168 jurnalist və humanitar təşkilatların 266 əməkdaşı ölüb.

Terrorla mübarizə bəhanəsi ilə keçirilən əməliyyatlar nəticəsində 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb.

Comment