QR CodeQR Code

İraq və Livanın ilk ehtiyacı sabitliyin təminidir

IslamTimes , 30 Oct 2019 15:36

İslamTimes: Ayətullah Xamenei  Ordu zabitləri məktəblərinin mərasimində iştirak edib


Ordu zabitləri  məktəblərinin 17-ci müştərək toplantısında iştirak edən İnqilab Rəhbəri Ayətullah Xamenei öz çıxışında buyurub:
İraq və Livana ürək yandıranlar bilsinlər ki, bu ölkələrin ilk ehtiyacı sabitliyin təminidir. İraq xalqı bilməlidir ki, onların haqlı tələbləri yalnız  qanun çərçivəsində təmin edilə bilər.
Allahın vədlərinə ümidvar olmaq lazımdır. Düşmənə inanmaq, düşəməni nəzarətsiz qoymaq olmaz. Silahlı qüvvələr fitnəkar hərəkətlərə hazır olmalıdır. Cəmiyyətdə sabitlik olmasa, iqtisadi, elmi, mədəni fəaliyyətlərə imkan yaranmaz. Buna görə də təhlükəsizliyin təmini fövqəladə əhəmiyyətə malikdir.
Düşmən bir ölkədə sabitliyin pozulmasını o ölkəyə ən böyük zərbə sayır. Qonşu ölkələrdə sabitliyin pozulması arxasında ABŞ,  qərbin kəşfiyyat idarələri, regionun bəzi mürtəce rejimlərinin pulları dayanır.
 


Story Code: 824711

News Link :
https://www.islamtimes.org/az/news/824711/iraq-və-livanın-ilk-ehtiyacı-sabitliyin-təminidir

Islam Times
  https://www.islamtimes.org