QR CodeQR Code

SEPAH: “Düşmənlər İrana qarşı hərbi variantın faydasız olduğunu başa düşüblər”

Deyerler , 29 Oct 2019 15:59

Islamtimes - İranın İnqilab Keşikçilərinin (SEPAH) Dəniz Qüvvələrinin komandiri kontradmiral Əli Fədəvi düşmənlərin İrana qarşı hərbi variantın bir nəticəsinin olmadığını başa düşdüklərini söyləyib.



Deyerler.org Mehrə istinadən xəbər verir ki, kontradmiral Əli Fədəvi İranın hərbi imkanlarının keçmişlə müqayisəedilməz səviyyədə olduğunu qeyd edərək, düşmənlərin həmişə İran və müqavimətə zərbə vurmağa çalışdığını, ancaq hər dəfə müvəffəqiyyətsizliklə üzləşdiklərini bildirib.
 
Kontradmiral Fədəvi amerikalıların hava məkanına daxil olan təyyarələrinin İran tərəfindən hədəfə alına biləcəyini heç düşünmədiklərini qeyd edərək, belə danışıb: “ABŞ-ın İrana göndərdiyi sərnişinli ABŞ təyyarəsinin hədəfə alınmadığı üçün təşəkkür etməsi beynəlxalq imperializmin İslam inqilabı və İran milləti qarşısındakı zəifliyi və çarəsizliyini göstərdi”.
 


Story Code: 824718

News Link :
https://www.islamtimes.org/az/news/824718/sepah-düşmənlər-irana-qarşı-hərbi-variantın-faydasız-olduğunu-başa-düşüblər

Islam Times
  https://www.islamtimes.org