0
Thursday 31 October 2019 - 15:40

İordaniya İsrail səfirini qovmağı planlaşdırır

Story Code : 824909
İordaniya İsrail səfirini qovmağı planlaşdırır
İodaniyanın sabiq informasiya naziri Məhəmməd Əl-Mömini iki İordaniya vətəndaşının İsraildə qanunsuz olaraq həbsinə münasibət bildirib. İordaniyalılar Fələstinin işğal altında olan Qərb Sahili bölgəsində qohumları ilə görüşə gedərkən həbs olunub. İordaniya hökuməti bu qanunsuz addıma etiraz olaraq öz səfirini İsraildən geri çağırıb. Məhəmməd Mömini deyir ki, İordaniya İsrailin qanunsuz hərəkətlərinə cavab verməyə qadirdir və ilk addımda İsrail səfiri İordaniyadan qovulacaq.
 
Source : IslamTimes