0
Saturday 2 November 2019 - 12:28

İraq: Həşd Şəbi yaralı aksiyaçılara qan verib

Story Code : 825233
İraq: Həşd Şəbi yaralı aksiyaçılara qan verib
ABŞ İraqda könüllü müqavimət qüvvələri olan Həşd Şəbini 1 nömrəli düşməni sayır. Tramp və administrasiyası dəfələrlə Həşd Şəbinin ləğv olunması, tərki-silah edilməsi üçün rəsmi Bağdada təzyiq göstərib. Amma Həşd Şəbi xalqa, xalq da Həşd Şəbiyə arxalanır. Son aksiyalarda ABŞ, İsrail, Ərəbistan və Əmirliyin casus şəbəkəsi Həşd Şəbiyə qarşı böyük kampaniya apardı. Tanınmış müqavimətçilərə hücum təşkil edildi, hətta şəhadətə çatanlar oldu. Həşd Şəbi isə xalqa olan sevgisini bu gün meydanlarda nümayiş etdirir. Aksiyalarda yaralananlara ilk qan verən də Həşd Şəbi qüvvələri olub. İŞİD-in, terror şəbəkələrinin İraqda hakimiyyətinə son qoyan da Həşd Şəbi, Əshabul-Həqq qüvvələri idi.
 
Source : IslamTimes