0
Saturday 2 November 2019 - 17:54

İran Ramjet texnologiyasına yiyələnib

Story Code : 825285
İran Ramjet texnologiyasına yiyələnib
İranın müdafiə sənayesinə bağlı mənbələr raket istehsalında yeni əsrin başladığını, Ramjet texnologiyasının əldə edildiyini bildirib. Ramjet mühərrikləri layihələndirən Hüseyn Purfərzanə artıq ilk mühərrikin hazırlandığını bildirib. Raket sənayesində sürətin əhəmiyyətli dərəcədə artırılması Ramjet texnologiyasının tətbiqi ilə mümknüdür. Ramjet mühərriklərdə havanı sıxmaq üçün kompressor yoxdur. Bu texnologiyada havanın sıxılması Ram Effect adlı proseslə, sürətlə hərəkət sayəsində əldə edilir. İranın bu texnologiyanı raket sənayesində tətbiq etməsi bu ölkəni dünya miqyasında birincilər sırasına çıxaracaq.
 
Source : IslamTimes
Tagged
ramjet