0
Saturday 2 November 2019 - 08:29

Ənsarullah vurduğu “Schiebel's CAMCOPTER S-100” kəşfiyyat helikopterinin qalıqlarını paylaşdı

Story Code : 825364
Ənsarullah vurduğu “Schiebel

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii oktyabrın 31-i verdiyi bəyantında, Yəmən Hava Qorumalarının ABŞ-Səudiyyə qüvvələrinin Hudeida şəhərindəki kəşfiyyat təyyarəsini vurduğunu açıqlamışdı.
 
“Schiebel's CAMCOPTER S-100” PUA-sı Avstriya şirkəti “Schiebel GmbH” tərəfindən hazırlanan və istehsal edilən orta mənzilli orta davamlı bir helikopterdir.
 
PUA həm hərbi, həm də mülki aksiyalara xidmət etmək üçün hazırlanmışdır. Bu PUA, eləcə də BƏƏ və Almaniya Hərbi Dəniz Qüvvələri üçün geniş xidmətlər yerinə yetirmək üçün hazırlanmışdır.
 
İlk dəfə 2009-cu ildə Fransanın Paris şəhərində keçirilən Le-Burje aviasiya sərgisində nümayiş olunub.
 
PUA BƏƏ ilə yanaşı, Çin, Almaniya, İordaniya, Fransa, ABŞ, Misir, İtaliya, Liviya və Rusiyada xidmət göstərir.
 
İki pərli bir helikopter dizaynına malikdir. Gövdəsinin əsas hissəsində mühərrik yerləşmişdir, ancaq gövdənin alt hissəsinə müxtəlif yüklər yerləşdirmək mümkündür.
 
Uzunluğu 3.11 metr, eni 1.24, hündürlüyü isə 1.2 metrdir.
 
Xüsusi standart modeldə Camcopter S-100 UAV elektro-optik (EO) sensorlar, eləcə də istilik izləmə vasitələri ilə təchiz edilmişdir. Həmçinin radar (SAR) daşıyıcıdır.
 
Təyyarənin yüksəkliyini idarə etmək üçün Radar (GMTI), lazer görüntü radarları (LİDAR), minaları aşkar etmək üçün istifadə olunan yerüstü nüfuzetmə radarları (GPR), dəniz radarları əlavə edilə bilər. İFF sistemi ilə dost və düşməni müəyyən edə bilir.
 
Ən yüksək hündürlüyü 5486 metrdir. Maksimum çəkisi 200 kq-dır. Maksimum sürət saatda 222 km-dir. Havada qalma müddəti 6 saat təşkil edir. Təyyarənin özünün qiyməti 400 min dollar, bütün təchizatları ilə birgə 2 milyon dollar təşkil edir.
 
Source : Deyerler
Comment