QR CodeQR Code

Ukraynada Zelenskinin devrilməsindən danışmağa başladılar

Virtualaz , 4 Nov 2019 13:50

İslamtimes - Ukrayna Prezidenti Vladimir Zelenskini devirməyə çalışırlar.



Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin keçmiş ədliyyə naziri Yelena Lukaş deyib.
 
O, "112 Ukrayna" kanalının efirində bildirib ki, bəzi siyasi qüvvələrdən Prezident Zelenskini devirmək üçün istifadə etmək istəyirlər. Bunun səbəbi isə Donbasla bağlıdır.
 
Keçmiş nazir hesab edir ki, sülhyaratma prosesi təslim olmaq kimi başa düşülə bilər. O, eyni zamanda vurğulayıb ki, hazırda Zelenskinin təhlükəsizlik qüvvələri yoxdur.
 
"Zelenskini devirməyə çalışırlar. Səbəbi gözəldir: təslim olmaq", - deyə eks-nazir vurğulayıb.
 
Lukaşa görə, Zelenskinin rəhbərliyi ilə ölkədə siyasət "qalmaqal qalaktikasına" çevrilib və söz azadlığı şübhə altındadır. Bundan başqa, siyasətçi hesab edir ki, iqtisadi vəziyyət də pisləşib.
 
Qeyd edək ki, oktyabrın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. Almaniyanın keçmiş xarici işlər naziri və hazırkı Prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur.
 
Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.
 


Story Code: 825569

News Link :
https://www.islamtimes.org/az/news/825569/ukraynada-zelenskinin-devrilməsindən-danışmağa-başladılar

Islam Times
  https://www.islamtimes.org