0
Monday 4 November 2019 - 15:33

Ənsarullah: “2015-ci ildən etibarən Yəməndə 4253 sudanlı əsgər ölüb”

Story Code : 825582
Ənsarullah: “2015-ci ildən etibarən Yəməndə 4253 sudanlı əsgər ölüb”

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii paytaxt Sənada təşkil etdiyi mətbuat konfransında, belə deyib: “Yəməndə 2015-ci ildən etibarən davam edən qarşıdurmalarda 4253 sudanlı əsgər ölüb. Bunların 850 nəfəri 2015-2016-cı illəri arasında ölüb”.
 
Sudan xalqının bölgədəki digər xalqlar kimi, həqiqətləri gizlətmək üçün media tərəfindən yalan məlumatlandırma PR siyasətinə məruz qaldığını qeyd edən Sərii, Sudanın Yəməndəki qarşıdurmalarda iştirakına davam etməsinin yalnız Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın və Sudan rəhbərliyinin gündəminə xidmət edəcəyini qeyd edib.
 
Sərii Yəməndəki sudanlı əsgərlərin sayı ilə əlaqədar bunları deyib: “Ölkənin şimaldakı sərhəddə Səudiyyə rejiminin nəzarətində, cənub və qərb sahilində isə, BƏƏ nəzarətində olan 15 mindən çox sudanlı əsgər var”.
 
 
Sudanlı əsgərlərin son iki ildə cinsi istismar və uşaqların döyüşməyə məcbur edilməsi də aralarında olduğu cinayətlər törətdiyini və pozuntuların olduğunu söyləyən sözçü, sudanlı əsgərlərin Yəmən ordusunun qanuni hədəfi olduğunu qeyd edib.
 
Source : Deyerler
Comment