0
Sunday 3 July 2011 - 01:11

İran ABŞ və İsrailə xəbərdarlıq etdi

Story Code : 82571
İran ABŞ və İsrailə xəbərdarlıq etdi
İran ABŞ və İsrailə xəbərdarlıq etdi
ABŞ-ın İrana mümkün hücumu halında bu ölkənin regiondakı hərbi qüvvə və bazaları hədəfə alınacaq. İran parlamentinin müdafiə komitəsinin rəhbəri Qulam Rza Kərimi Fars Xəbər Agentliyinə müsahibəsində bunu bəyan edib. Qulam Rza Kərimi ABŞ və İsralin mümkün hücumlarının cavabsız qalmayacağını bildirib.

"ABŞ-ın ilk yanlış addımında İranın silahlı qüvvələri, raketləri ABŞ-ın hərbi qüvvə və bazalarına doğru yönəldiləcək. Bu halda Amerika əsgərləri öz ölkələrinin regiondakı yanlış siyasətinin qurbanı olacaq. Amma ümid edirik ki, ABŞ siyasətini dəyişib digər millətlərin haqqına hörmətlə yanaşaraq öz əsgərlərini hücum siyasətlərinə bundan sonra qurban verməyəcək. İran regionun İslam ölkələrindəki ABŞ bazalarının hər hansı birindən hücumia məruz qalsa, oranı hədəfə almaq haqqına malikdir. Bu, bizim dəfələrlə bəyan etdiyimiz müdafiə strategiyamızın bir hissəsidir. Müsəlmanlar narahat olmasın, raketlərimiz dəqiqdir" - deyə Qulam Rza Kərimi bildirib.

Qulam Rza Kərimi ABŞ-ın İran raketlərinin "yanlışlıq edəcəyi" ilə bağlı iddialarının həqiqətə uyğun olmadığını və bu məsələdə müsəlman qardaşların narahat olmamasının vacibliyini ifadə edib. Onun sözlərinə görə ABŞ-ın hərbi məmurları da yaxşı bilirlər ki, İranın raketləri dünyada yeni nəsil raketlərin ən dəqiqidir.

İran parlamentinin müdafiə komitəsinin rəhbəri həmçinin İsrailin mümkün hücumu ilə bağlı da danışıb.

"Sionist rejim yoxolma mərhələsindədir. İranın hücumlara qarşı gördüyü tədbirləri nəzərə aldığımızda belə bir ifadə söyləyə bilərəm ki, İrana hücum səhvi Qüdsü işğal edən rejimin sonu ola bilər" - Qulam Rza Kərimi belə deyib.
Source : Milli.az
Comment