QR CodeQR Code

Nobel qalibi: ABŞ dünyada yoxsulluğun ləğvinə mane olur

IslamTimes , 5 Nov 2019 16:19

İslamTimes: Yoxsulluqla hamı mübarizə aparmalıdır


Abicit Banerci (Abhijit Vinayak Banerjee) Amerikanın MİT Universitetinin doktorudur. Banerci iqtisadiyyat üzrə Nobel mükafatçısıdır. Dünya iqtisadiyyatı üzrə lider ekspertlərdən olan Banerci Amerikanın dünyada yoxsulluqla mübarizəyə mane olduğunu deyir. Əslən Hindistandan olan alim bu problemin təsnif olumasını, kiçik, nəzarət edilən, uşaqların sağlamlığına təsirli problemlər kimi siniflərə ayrılmasını əsas mübarizə yollarından sayır. Banerci və xanımı dünyanın yoxsul ölkələri barədə araşdırma aparıb. Araşdırmalar göstərir ki, böyük sərvət sahibləri üçün vergilərin azaldılması problemin həllinə mane olur. İqtisadi inkişafa nail olmaq üçün vergiləri azaltmaq yox, xalqın alıcılıq qabiliyyətini yüksəltmək lazımdır. Məhz bu məsələdə ABŞ hökumətinin siyasətləri yosulluğun aradan qaldırılmasına mane olur.
 


Story Code: 825741

News Link :
https://www.islamtimes.org/az/news/825741/nobel-qalibi-abş-dünyada-yoxsulluğun-ləğvinə-mane-olur

Islam Times
  https://www.islamtimes.org