QR CodeQR Code

İranın konsulluğuna hücum əmrini kim verib?

IslamTimes , 6 Nov 2019 08:30

İslamTimes: Mahmud Əs-Sərxi İmam Zamanla (ə) görüşdüyünü iddia edir


Ötən gün Kərbəlada İranın konsulluğuna hücum çoxlarını heyrətləndirdi. İraq İŞİD bataqlığında çabaladığı vaxt məhz İran vəhşi terrorçularla mübarizədə İraq xalqına yardım etdi. Belə bir şəraitdə Kərbəlada İran konsulluğuna hücum yalnız təxribat kimi dəyərləndirilə bilər. Əl-Xəlic Əl-Yovm şəbəkəsi bildirir ki, konsulluğa hücum edən  300 nəfər kənardan gəlib və özünü müctehid kimi təqdim edən Mahmud Əs-Sərxinin tərəfdarlarıdır. Mahmud Əs-Sərxi Səddam dövründə səhnədə olub, Səddamın süqutundan İŞİD meydana çıxana qədər gözə görünməyib. 2014-cü ildə Əs-Sərxi Kərbəlada iğtişaşa əl atandan sonra Ərəbistanın Əl-Ərəbiyyə şəbəkəsi onu şiəliyin müxalifi kimi təqdim edirdi.
 


Story Code: 825805

News Link :
https://www.islamtimes.org/az/news/825805/iranın-konsulluğuna-hücum-əmrini-kim-verib

Islam Times
  https://www.islamtimes.org