QR CodeQR Code

İnqilab əcnəbilərin müdaxiləsinə son deməkdir

3 Jul 2011 08:57

IslamTimes - Yəmən xalqı ABŞ və Səudiyyə rejiminin Yəməndə baş verən inqilaba müdaxiləsinə etiraz ediblər.


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Yəmən xalqı ötən gün bir daha küçələrə axışaraq ABŞ və Səudiyyə rejiminin Yəməndə baş verən inqilaba müdaxiləsinə etiraz ediblər. Onlar bu inqilabın əcnəbilərin müdaxiləsinə son qoyulması ilə nəticələcəyini bildirib.

Etirazçılar əcnəbilərin Yəmən inqilabına zərbə vurmaq niyyətini məhkum edərək, bu işin başında duran ABŞ və Səudiyyə rejimi əleyhinə şüarlar səsləndiriblər. Aksiyada iştirak edənlər ABŞ və Səudiyyə rejiminin Yəməndə qarışıqlıq yaratmaq niyyətində olduğunu bildiriblər.

Sonda nümayişçilər bəyanat qəbul edərək, əcənəbilərin təcili olaraq ölkədən çıxmasını və Yəmən inqilabı əleyhinə planlarına son qoymağı tələb ediblər.


Story Code: 82589

News Link :
https://www.islamtimes.org/az/news/82589/inqilab-əcnəbilərin-müdaxiləsinə-son-deməkdir

Islam Times
  https://www.islamtimes.org