QR CodeQR Code

Müsavat Partiyası İcra Hakimiyyətinin cavabını qanunsuz sayır

Islamazeri , 6 Nov 2019 16:26

İslamtimes - Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinq keçirilməyəcək.



Bu barədə APA-ya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
 
O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: “Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.
 
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə bu gün cavab verib.
 
Bildirilib ki, BŞİH-də müraciətə baxılıb və və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
 


Story Code: 825907

News Link :
https://www.islamtimes.org/az/news/825907/müsavat-partiyası-icra-hakimiyyətinin-cavabını-qanunsuz-sayır

Islam Times
  https://www.islamtimes.org