QR CodeQR Code

Məhəmməd Əli Əl-Husi: “Ər-Riyad sazişi Yəmənsiz bir razılaşmadır”

Deyerler , 6 Nov 2019 16:28

İslamtimes - Yəmənin İnqilabi Ali Şurasının sədri Məhəmməd Əli Əl-Husi Səudiyyə rejiminin Yəmənin istefa vermiş xain Mənsur Hadi rejimi ilə Yəmənin cənubundakı müvəqqəti Keçid Şurası arasında imzalanan sülh müqaviləsinin Yəmən xaricindəki bir razılaşma olduğunu söyləyib.



Deyerlr.org Mehrə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Ər-Riyad razılaşmasının Yəmənlə heç bir əlaqəsi olmadığını, çünki razılaşmanın hər iki tərəfinin təcavüzkar Səudiyyə rejiminin koalisiyasının əməkdaşları olduğunu söyləyib.
 
Yəmən rəsmisi, həmçinin Səudiyyə rejiminin koalisiyasının sazişi imzalamaq istəyi olmayan tərəfləri məcbur etdiyini söyləyib.
 
Dünən Səudiyyə rejiminin vasitəçiliyi ilə Ər-Riyadda Ali Səuda sadiq Hadi tərəfdarları və BƏƏ-yə sadiq Cənub Keçid Şurası arasında bir müqavilə imzalandı.
 
Xatırladaq ki, son iki ayda Cənub Keçid Şurası ilə Hadi tərəfdarları arasında qarşıdurmalar olub.
 


Story Code: 825908

News Link :
https://www.islamtimes.org/az/news/825908/məhəmməd-əli-əl-husi-ər-riyad-sazişi-yəmənsiz-bir-razılaşmadır

Islam Times
  https://www.islamtimes.org