QR CodeQR Code

İraq baş naziri: “Hökumət alternativsiz buraxıla bilməz”

Deyerler , 6 Nov 2019 16:30

İslamtimes - İraqın baş naziri Adil Əbdülmehdi nümayişçilərin hökumətin buraxılması ilə bağlı bütün tələblərinin qanuni olduğunu, ancaq hökumət istefa edəcəyi təqdirdə problemlərin daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.



Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Əbdülmehdi paytaxt Bağdaddakı Nazirlər Kabinetinin toplantısından sonra mətbuata verdiyi açıqlamasında, ölkədə 1 oktyabrdan etibarən davam edən hökumət əleyhinə nümayişlər və fəalların tələbləri haqqında qiymətləndirmələr edib.
 
Paytaxt Bağdad başda olmaqla ölkənin mərkəzi və cənub hissələrində aksiyalar keçirən fəalların “hökumətin ləğv edilməsi” tələbinin qanuni olduğunu söyləyən Əbdülmehdi, belə danışıb: “Sürətli və çevik bir alternativ olmadan bunun reallaşdırılması mümkün deyil”.
 
Hökumətin ləğv edildiyi təqdirdə, ölkədə baş verə biləcək təhlükələrə toxunan baş nazir, belə davam edib: “Hökumətin istefası ölkədəki problemlərin daha da dərinləşməsi və boşluğun meydana gəlməsinə yol aça bilər. Müvəqqəti hökumətin səlahiyyətlərinin məhdud olması səbəbiylə büdcə təsdiqlənməyəcək və istənilən islahatları həyata keçirmək mümkün olmayacaq”.
 
Əbdülmehdi siyasi partiyaların ona alternativ bir şəxs üzərində razılığa gəldiyi təqdirdə, vəzifəsindən dərhal istefaya getməyə hazır olduğunu söyləyib.
 
 
Ölkədəki bütün mitinqlərin dinc və qanuni olduğunu, fəalların çağırışlarına qanunlar çərçivəsində cavab veriləcəyini söyləyən baş nazir, mitinqlərə kölgə salmaq istəyən, xüsusi və dövlət obyektlərinə hücum edən təxribatçıların olduğunu bildirib.
 


Story Code: 825909

News Link :
https://www.islamtimes.org/az/news/825909/iraq-baş-naziri-hökumət-alternativsiz-buraxıla-bilməz

Islam Times
  https://www.islamtimes.org