0
Thursday 7 November 2019 - 10:01

MAQATE müfəttişində şübhəli əşya olub!

Story Code : 826026
MAQATE müfəttişində şübhəli əşya olub!
İran Atom Enerji Təşkilatı MAQATE müfəttişini Nətənz Nüvə Təsisatına buraxmamasının səbələri barədə MAQATE-yə izahat verib. İranın bütün nüvə təsisatlarına girişdən qabaq elektron nəzarət qurğusundan keçmək lazımdır. İran tərəfi bu məsələyə çox ciddi yanaşır. Çünki əvvəllər MAQATE heyəti tərkibində casusluq edən müfəttişlər müəyyənləşib. Bu dəfə MAQATE-nin qadın müfəttişi elektron nəzarət qurğusundan keçərkən təhlükə siqnalı işə düşüb. Məhz bu fakta görə müfəttiş mərkəzə buraxılmayıb. Adi halda İran tərəfi MAQATE ilə əməkdaşlığın tərəfdarıdır və nüvə fəaliyyətlərində şəffaflığa əməl edir.  
 
Source : IslamTimes
Tagged
maqate