QR CodeQR Code

MAQATE müfəttişində şübhəli əşya olub!

IslamTimes , 7 Nov 2019 10:01

İslamTimes: İran MAQATE müfəttişini nə üçün nüvə təsisatına buraxmayıb?


İran Atom Enerji Təşkilatı MAQATE müfəttişini Nətənz Nüvə Təsisatına buraxmamasının səbələri barədə MAQATE-yə izahat verib. İranın bütün nüvə təsisatlarına girişdən qabaq elektron nəzarət qurğusundan keçmək lazımdır. İran tərəfi bu məsələyə çox ciddi yanaşır. Çünki əvvəllər MAQATE heyəti tərkibində casusluq edən müfəttişlər müəyyənləşib. Bu dəfə MAQATE-nin qadın müfəttişi elektron nəzarət qurğusundan keçərkən təhlükə siqnalı işə düşüb. Məhz bu fakta görə müfəttiş mərkəzə buraxılmayıb. Adi halda İran tərəfi MAQATE ilə əməkdaşlığın tərəfdarıdır və nüvə fəaliyyətlərində şəffaflığa əməl edir.  
 


Story Code: 826026

News Link :
https://www.islamtimes.org/az/news/826026/maqate-müfəttişində-şübhəli-əşya-olub

Islam Times
  https://www.islamtimes.org