QR CodeQR Code

İraqda iğtişaşçıların həbsi əmr edildi

IslamTimes , 7 Nov 2019 17:52

İslamTimes: Təxribatçılar dinc aksiyaçılardan seçilməlidir


İraq Silahlı Qüvvələrinin baş komandanı Adil Əbdülmehdinin sözçüsü Əbdülkərim Xələf baş komandanın iğtişaşçıların həbsi ilə bağlı göstərişini elan edib. Adil Əbdülmehdi göstəriş verib ki, aksiyalara qatılmış təxribatçılar, iğtişaşçılar  təcili həbs edilsin. İraqda oktyabrın əvvəlində başlayan aksiyalara Ərbəin yürüşünə görə ara verilmiş, 25 oktyabrdan aksiyalar yenidən başlamışdır. Artıq aksiyalarda xarici qüvvə və səfirliklərin təxribatçı fəaliyyəti ifşa olub. Bu günə qədər aksiyalarda 250 nəfər həlak olub. İslahat tələbi ilə başlayan aksiyaların hazırda şüarı hökumətin istefasıdır.
 


Story Code: 826142

News Link :
https://www.islamtimes.org/az/news/826142/iraqda-iğtişaşçıların-həbsi-əmr-edildi

Islam Times
  https://www.islamtimes.org