0
Thursday 7 November 2019 - 20:37

İranlı general: “Düşmənlər İraq və Livanda ABŞ-ın dəstəklədiyi şəxsləri hakimiyyətə gətirmək istəyir”

Story Code : 826168
İranlı general: “Düşmənlər İraq və Livanda ABŞ-ın dəstəklədiyi şəxsləri hakimiyyətə gətirmək istəyir”

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Məhəmməd Baqiri bu gün (7 noyabr) səhər saatlarında verdiyi açıqlamasında, bölgədəki son prosesləri qiymətləndirib.
 
İranın baş qərargah rəisi Suriyadakı mövcud vəziyyətin əvvəlki illərlə müqayisə edilməz olduğunu qeyd edərək, belə danışıb: “İndiki vaxtda bütün Suriya bölgələri terrorçulardan təmizlənmişdir. Bir vat böyük qismi İŞİD terror təşkilatı tərəfindən işğal edilmiş İraq da, indi Bağdad hökumətinin nəzarəti altındadır”.
 
 
Düşmənlərin İraq və Livanda sistemin təməllərini sarsıdaraq, ABŞ-ın dəstəyini almış şəxsləri hakimiyyətə gətirməyə çalışdığını qeyd edən Baqiri, belə danışıb: “ABŞ İraq və Livan xalqını ölkələrinin hakimiyyət postlarından uzaqlaşdırmaq istəyir”.
 
İranın baş qərargah rəisi İraq və Livan rəsmilərindən ölkədəki problemləri həll etmələrini və ölkənin təhlükəsizliyini gücləndirmələrini istəyib.
 
Source : Deyerler
Comment