QR CodeQR Code

Hizbullah: “Livanda yeni hökumətin qurulması işləri başladı”

Deyerler , 7 Nov 2019 20:39

İslamtimes - Livanın Hizbullah hərəkatının İcra Şurasının sədri Haşim Səfiyuddin Livanda yeni hökumətin qurulması işlərinin başladığını söyləyib.



Deyerler.org Əl-aləmə istinadən xəbər verir ki, Haşim Səfiyuddin Livanda son vaxtlar baş verən hadisələrlə əlaqədar BBC-yə verdiyi açıqlamasında belə deyib: “Əvvəlcə nümayişlər xalqın işsizlik və iqtisadi problemlərinə reaksiyası idi, amma daha sonra digər məsələlərin ortaya çıxmasıyla 30 gündür davam edən nümayişlərin xarici qüvvələrin istiqamətləndirməsiylə olduğu aydın oldu və bu vəziyyət tamamilə Livan xalqının zərərinədir”.
 
Hizbullah rəsmisi baş nazir Səəd Həririnin istefasını təqdim etməsindən sonra, yeni hökumət işlərinin da başladığını və proseslərin müsbət istiqamətdə irəlilədiyini bildirib.
 


Story Code: 826169

News Link :
https://www.islamtimes.org/az/news/826169/hizbullah-livanda-yeni-hökumətin-qurulması-işləri-başladı

Islam Times
  https://www.islamtimes.org