0
Saturday 9 November 2019 - 10:14

İranda 5.9 ballıq zəlzələ baş verdi: Ölənlər var

Story Code : 826376
İranda 5.9 ballıq zəlzələ baş verdi: Ölənlər var

İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, yerli saatla 02:17-də İranın Şərqi Azərbaycan əyalətinin Miyanə şəhərinin Tark rayonunda 5.9 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin 8 km yerin dərinliyində baş verdiyi önə çəkilir.
Yer titrəməsi zamanı indiyə qədər 5 nəfərin öldüyü, 332 nəfərin isə yaralandığı qeyd edilir.
Zəlzələnin Ərdəbil, Gilan, Zəncan və Qəzvin şəhərlərində də hiss edildiyi bildirilir.
Yer titrəməsi Azərbaycanda da hiss olunub.
Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin ölkənin Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı rayonlarında və Xəzər dənizində də hiss olunduğiunu bildirib.
Mərkəz bildirib ki, İrandakı zəlzələ 6 bal, Lerikdə 3, Xəzər dənizində isə 3.6 bal gücündə olub.
 
Source : Islamazeri
Tagged
zəlzələ
Comment