0
Sunday 10 November 2019 - 18:49

ABŞ-da 3 Ərəbistan casusu ifşa edilib

Story Code : 826651
ABŞ-da 3 Ərəbistan casusu ifşa edilib
ABŞ və Ərəbistan strateji müttəfiq adlandırılsa da, bu iki ölkə arasında əlaqələr çox kövrəkdir. Şəxsi dostluq, Tramp kimi dəyişkən xarakterli birinin maraqları əsasında qurulmuş əlaqələr təbii ki davamlı ola bilməz. Yaxın günlərdə tvitterin iki ərəbistanlı işçisi casusluqda ittiham edildi. İndi isə 3 Ərəbistan vətəndaşı silah qaçaqmalçılığında suçlanır. ABŞ ədliyyə qurumları 36 yaşlı Əl-Süfyani, 27 yaşlı Əl-Zəhrani, 30 yaşlı Əbdülvəhabı qanunsuz silah alverində ittiham edir. ABŞ Ərəbistana külli miqdarda silah verdiyi halda bu qaçaqmalçılıq nə üçündür? Göründüyü kimi öz maraqlarını rejimin maraqlarından üstün tutan qüvvələr var. Bu qüvvələrin dövlətin gizli layihələrini həyata keçirməsi də mümkündür.
 
 

 
 
 
Source : IslamTimes
Tagged
silah