0
Monday 11 November 2019 - 17:40

Ənsarullah: “İsrail rejiminin hücumuna cavab verəcəyik”

Story Code : 826816
Ənsarullah: “İsrail rejiminin hücumuna cavab verəcəyik”

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Al -Mayadeen kanalına açıqlama verən Məhəmməd Əl-Buhəyti, Yəmənə hücumun daha çox ABŞ ilə İsrail rejiminin xeyrinə olduğunu iddia edərək belə danışıb: “Əgər İsrail rejimi Yəmənə qarşı hər hansı bir təcavüzkarlıq etsə, ona cavab verəcəyik”.
 
Xatırladaq ki, İsrail rejiminin baş naziri Binyamin Netanyahu ABŞ-ın xəzinə naziri Stiven Mnuxin ilə təşkil etdiyi bir mətbuat konfransında, İranın Yaxın Şərqdəki hər hansı bir nöqtəni hədəfə ala biləcək həssas raketlər istehsal etmək istədiyini və İsrail rejimini hədəfə almaq üçün bu cür silahları Yəməndə yerləşdirməyə başladığını iddia etmişdi.
 
Source : Deyerler
Comment